`Bürünüb yatmaq istəyirəm`- Klintondan etiraf


14:24     17 Noyabr 2016 468283190.jpg

Demokratlar partiyasından prezidentliyə namizəd olmuş Hillari Klinton seçkilərdəki məğlubiyyəti ilə bağlı danışıb.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, Vaşinqtonda "Uşaqların müdafiə fondu"nun yığıncağında çıxış edən Klinton evdən bayıra çıxmaq istəmədiyini deyib.

`Etiraf edirəm ki, bura gəlmək mənim üçün asan məsələ deyildi. Ötən həftə elə zamanlar olurdu ki, istədiyim tək şey bürünüb yatmaq və heç vaxt evdən çıxmamaq idi` - deyə Klinton bildirib.

Klinton onu da əlavə edib ki, onun üçün bu tədbirə gəlmək asan deyil: "Bu gün mükafatlandırılan beş gənc xanım və kişi qarşılaşdıqları zorakılıq və yoxsulluğa baxmayaraq heç vaxt məğlub olmayıb".

Femida.az

Açar sözlər:

Oxunub: 1420


Oxşar xəbərlər